Təhlil

Gümrüdə RF-ER birgə hərbi-sənaye kompleksinin yaradılması məqsədəuyğundur: ER Prezident

Rusiyaya səfər etdiyi gündə yayılmış məqalədə Ermənistan Prezidenti Serj Sarkisyan bildirib ki, Gümrüdə Ermənistan və Rusiya birgə müdafiə-sənaye kompleksinin yaradılma məsələsinin müzakirəsi məqsədəuyğundur. Bu haqda Razm.info məlumat verir.

S.Sarkisyanın fikrincə, belə kompleksin yaradılması RF SQ 102-ci hərbi bazasının silahlarını modernləşdirməyə və Gümrüdə iş yerləri açmağa imkan verəcək. Prezident Sarkisyanın məqaləsi bu gün martın 14-də Rusiyanın “İzvestiya” qəzetində dəec edilmişdir.

Prezident qeyd etdi ki, Ermənistanda yerləşdirilmiş rus hərbi bazası üçün Rusiya və Ermənistan Prezidentlərinin 2013-cü il dekabr ayında edilmiş səfəri çox əhəmiyyətli bir hadisə idi. O zamanda hərbi bazasının texniki modernləşdirilməsi və xidmət səmərəliliyinin artırma məsələləri də müzakirə edildilər.

Bu kontekstdə də ER Prezidenti birgə kompleksinin yaradılma fikrinindən danışdı. Prezident qeyd etdi ki, kompleksin yaradılması elə hesablanmalıdır ki, Rusiya üçün o, Ermənistana qonşu olan və Rusiya üçün silah bazarı olan ölkələri ilə hərbi-texniki əməkdaşlıq platformu olsun.

Xatırlataq ki, Ermənistan silahlarının əksəriyyəti  Rusiya istəhsalıdır və belə kompleksin yaradılması Erməni Ordusunun silahlarına da modernləşmə imkanı verəcək.

Daha çox göstər
Back to top button