Başlıcaİctimaiyyət

Viqen Sarkisyan: “Erməni Silahlı qüvvələri daima silahlandırma imkanlarını təmilləşdirməkdədir”

Ermənistan Müdafiə nazirliyinin önəmli məsələsi hərbiçilərin mübarizliyini yüksəltməkdən ibarətdir.Həmçinin, onların müasir silahlandırmayla təmin edilməsi və hərbi xidməti təhlükəsizliyi səviyyəsinin yüksəldilməsidir.

Martın 12-də Vayots Dzor vilayətində azadlıq döyüşçüləriylə görüşərkən bu haqda ER Müdafiə naziri Viqen Sarkisyan bəyan edib.

“Artıq bir proqram həyata keçirib ki, onun nəticəsində biz ön xətti müasir video müşahidəçilik cihazlarıyla silahlandırmışıq. Həmin cihazlar əslində ön xətdə vəziyyəti nəzarət altında saxlamaq üçün, basqın cəhdlərinin qarşısını almaq baxımından olduqca əlverişlidir.

Həftələr öncə həmin cihazlar vasitəsiylə heç bir yaralı olmadan, rəqibə necə böyük itkilər verərək olduqca mühüm cəbhə problemini həll etməyin şahidi olduq”-deyərək nazir qeyd edib.

O, əlavə edib ki, Erməni Silahlı qüvvələri daima silahlandıma imkanlarını genişləndirir və ER hərbi-istehsalat potensialını daha da dirçəldir.

Beynəlxalq əməkdaşlıq sahəsində danışıq prosesləri və həmkarlıq münasibətləri, ordu xidmətçilərinin və azadlıq döyüşçülərinin sosial-həyat şəraitlərinin dirçəldilməsi də hərbi siyasi rəhbərliyinin daima diqqəti mərkəzindədir.

Daha çox göstər
Back to top button