Siyasət

ER Baş naziri Türkmənistanın energetika naziri ilə ikitərəfli əlaqələrinin inkişaf məsələlərini müzakirə etdi

ER Baş naziri Karen Karapetyan Türkmənistan energetika naziri Çarimirat Purçekovu qəbul edib. O isə, Ermənistan-Türkmənistan parlamentlərarası iqtisadi əməkdaşlıq komissiyasının 8-ci iclasında iştirak etmək üçün Ermənistana gəlmişdi. Bu haqda ER Hökumətinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verdilər.

Baş nazir qeyd etdi ki, Ermənistan iki ölkə arasında olan əlaqələrini genişləndirməkdə maraqlıdır. Bunun üçün isə. Iqtisadi və xüsusilə də energetika sahəsində əməkdaşlıq üçün potensiyal vardır. Tərəflər ER Baş nazirinin Türkmənistana edəcək rəsmi səfərinə də əhəmiyyət veriblər. Səfər çərçivəsində tərəflər ikitərəfli maraq doğuran məsələlər, layihələr və proqramları müzakirə edəcəklər.

Karen Karapetyan və Çarimirat Purçekov ticarət və iqtisadi əlaqələri, energetik dəhlizlər, kənd təsərrüfatı, hava rabitə sistemi, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq prespektivlərinə toxunublar.

Daha çox göstər
Back to top button