Ekonomika

Ermənistana İrana birgə idxal və ixracat edən sirkətin yaradılması təklifi edilib

Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr və İran İslam Respublikası arasında müddətli azad iqtisadi zona üzrə müqavilənin imzalanması istiqamətində martın 12-14-də Tehranda növbəti müşavirələr keçirilib.

Müşavirədə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinin və Avrasiya İqtisadi komissiyasının nümayəndələri iştirak edib.

Ermənistan nümayəndə heyətini ER İqtisadi inkişaf və investisiyalar nazirnin müavini Hovhannes Azizyan başçılıq edirdi.

Müşavirələrdə razılaşma lahiyəsi, eyni zamanda razılaşma nəznində mallar siyahisi müzakirə edilib. Bu mallar üçün tərəflər tarif istisnalarını təklif edir.

Müşavirələr nəticəsində tərəflər müddətli razılaşmanın imzalanması məqsədi ilə müzakirələrin davam edilməsi üzrə razılıq eldə edib.

Tehrandaki müşavirələrdə İran tərəfinə Ermənistan-İran birgə idxal  və ixracat edən sirkətinin yaradılmasını təklif edilib.

Bu şirkət Ermənistandan İrana malların  ixrac edilməsinə, həmçinin Ermənistan üçün istisna rejimi olan bazarlara İran mallarının ixrac edilməsinə dəstək verəcək. İran tərəfi bu ideanı alqışlayaraq bunun həyata keçirilməsi mümkün mexanizmlərinin müzakirə edilməsini təklif edib.

Daha çox göstər
Back to top button