“Mond”: “Fransiya Lapşin işi üzrə Parisə rəsmi səfər etmiş Əliyevdən izah tələb etməlidir”

Drom il şurasının sədri Patrik Labon Fransiya “Le Mond” jurnalında dərc etdiyi məqələdə izah edir ki, Rusiya-İsrayil vətəndaşı bloqer Aleksandr Lapşin Dağlıq Qarabağa səfər etməsi üçün Belarusdan Azərbaycana ekstradisiya edilib. Labon qeyd edir ki, Fransa Parisə rəsmi səfər etmiş Azərbaycan prezidenti İlham Əliyevdən izahat tələb etməlidir.
“Fevralın 7-də çox ciddi bir olay baş verib. O gün Rusiya-İsrayil vətəndaşı bloqer Aleksandr Lapşin Azərbaycanın tələbilə bu ölkəyə ekstradisiya edilib. Nə Rusiya, nə də İsrayilin şikayətləri heç nə dəyişməyib.
Azərbaycan tərəfindən irəli sürülmüş və siyasi sifarişi icra edən Belarus məhkəməsi tərəfindən qəbu edilmiş ekstradisiya qərarının səbəbləri narahat edicidir
Aleksandr Lapşin “cinayət” törədərək, Stalin tərəfindən Bakıya hədiyyə verilmiş ümumiyyətlə erməni əhalisi olan müstəqil bir dövlətə, Dağlıq Qarabağa səfər edərək , Azərbaycan prezidenti İlham Əliyevi təhqir edib.
Bu işdən də məlüm olduğu kimi, rəsmi Bakı Dağlıq Qarabağı xarici bütün təmaslardan kəsməklə, sonra da ötən ilin aprelində olduğu kimi daha asanlıqla onu təcavüzə məruz qoymağa cəhd edir.
Amma bu strategiya uğursuzluğa məhkumdur. Lapşin işi Qarabağdakı demokratiyaya daha çox diqqət cəmləşdirir. Bizlərdən çoxu artıq Daqlıq Qarabağa səfər edərək Qarabağ əhalisinin demokratiyasının həqiqəti və gücü haqqında münasibətlərini bildirib.
Fransa-Artsax dostluq çərvəsinin üzvü olaraq mən dəfələrlə ölkənin seçilmiş hakimiyyətlərinin dəvəti ilə Daqlıq Qarabağa səfər etməyimi qeyd etmişəm”,- deyə Patrik Labon yazıb.