
Tərəflər müxtəlif sahələrdə yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə toxunublar. Serj Sarkisyan və Pladimr Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini müzakirə edib. Onlar beynəlxalq və regional məsələlər və problemlər üzrə fikir mübadiləsini aparıb.
RF Prezidenti Vladimir Putin deyib ki, aprelin 3-də Ermənistan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin 25-ci ildönümü qeyd ediləcək və bu illər ərzində müttəfiq münasibətlərimiz vardır.
“Biz beynəlxalq təşkilatlarda bütün istiqamətlərdə aktiv şəkildə, o cümlədən post-sovet sahəsindəki və universal beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik.
Bu illər ərzində çox hadisələr baş verib, lakin Ermənistan və Rusiya münasibətlərinin həmişə də çox dərin təməlləri olub və hazırda da eyni şəkildə davam edirik”,-deyə RF Prezidenti bildirib.
ER Prezidenti Serj Sarkisyan isə bildirib ki, “Ermənistan və Rusiya əməkdaşlığı getdikcə güclənir və yeni məsələlər əlavə olunur. Biz yüksək səviyyəli görüşlər keçirirk və konkret zamanda apardığımız işlərin nəticələri, əməkdaşlığın əsas istiqamətləri və gələcək planları ilə bağlı məsələləri müzakirə edirik.”
Görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş müzakirələr də keçirilib.
Rəsmi səfəri ilə Rusiyada olan ER Prezidenti Serj Sarkisyanın şərəfinə nahar verilib.