Siyasət

ER və RF arasında müttəfiq münasibətləri vardır: Putin

Ermənistan və Rusiya arasında keçmiş 25 il ərzində sözün əsl mənası ilə müttəfiq münasibətləri var. Bu haqda “Armenpress”-in verdiyi məlumatına görə, ER Prezidenti Serj Sarkisyan ilə görüş zamanı RF Prezidenti Vladimir Putin bildirib.

“Ermənistan və Rusiya münasibətlərinin həmişə də çox dərin təməlləri vardı və hazırda da eyni şəkildə davam edirik”,-deyə RF Prezidenti bildirib. O qeyd etdi ki, aprelin 3-də Ermənistan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin 25-ci ildönümü qeyd ediləcək.

“Bilirik ki, görüşümüz Ermənistanda daxili siyasi hadisələrin fonunda keçirilir. Ermənistanda aprelin 2-də Parlament seçkiləri olacaqlar və bütün olanlar Kostitusiya dəyişikliklərlə bağlıdır. Əminəm ki, Ermənistan Sizin rəhbərliyinizdə bu inkişaf yolunu da keçəcək. Sizə uğurlar arzulayıram”,-deyə Putin qeyd etdi.

O vurğulayıb ki, Ermənistan və Rusiya demək olar ki, bütün istiqamətlərdə beynəlxalq təşkilatlarda, o cümlədən post-sovet sahəsindəki və universal beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər.

Daha çox göstər
Back to top button