İctimaiyyət

Taleh Bağırzadənin daha bir müavini saxlanıldı

Elxan İsgəndərovun hara aparıldığı haqda məlumat yoxdur.

Taleh Bağırzadənin rəhbəri olduğu “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Elxan İsgəndərov saxlanılıb.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, martın 15-nə keçən gecə, saat 2 radələrində yaşadığı evə edilən polis basqını zamanı E.İsgəndərov saxlanılıb və o, naməlum istiqamətə aparılıb.

Yaxınları onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və digər dindarlar kimi işgəncəyə məruz qalacağını düşünürlər.

DİN Meydan TV-nin məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

Daha çox göstər
Back to top button