BaşlıcaErməni Soyqırımı

Fransalı şəhər bələdiyyə başçısı Erməni Soyqırımı qurbanlarının Xatirəsini hörmət əlaməti olaraq anmışdır

Yerevana gəlmiş Fransanın Dragin şəhərinin başçısı Riçard Strambionun başçılıq etdiyi nümayəndəlik Yerevan şəhər bələdiyyəxanası nümayəndələrinin müşaiyyətiylə Tsitsernakaberd Xatirə kompleksinə ziyarət edərək Erməni Soyqırımı qurbanlarının abidəsi önündə baş əymiş və gül əklilini qoymuş və Müqəddəs qurbanların xatirəsini əbədiləşdirən Sönməz Məşəl qarşısında hörmət əlaməti olaraq bir dəqiqəlik sükut etmişdir.

Yerevan şəhər bələdiyyəxanasının informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə Fransanın Dragin şəhərinin nümayəndəliyi həmçinin Erməni Soyqırımı muzey-institutuna getmiş, eksponatlarla tanış olmuş və muzeyin şərəfli qonaqlarının Xatirə dəftərinə ürək sözlərini yazmışdır.

Daha çox göstər
Back to top button