İctimaiyyət

“Gürcüstana gedib erməni səfirliyinə müraciət edəcəyik”

İkinci qrup gözdən əlil Rəşad Səlimli və anası Yeganə Səlimova Respublika prokuroru Zakir Qaralaovun  qəbuluna düşmək istəyib. Amma onlara imkan yaradılmayıb. Səlimova Yeganə azadliq.info-ya  bildirib ki, 2012-ci ildən Nərimanov rayonunda güzəştli mənzil növbəsində olublar.Faiq Yusifov küçəsi, 40 ünvanında gözdən əlillərə tikilən binanın inşası iki il öncə başa çatsa da, ona həmin 12 mərtəbəli yaşayış evində mənzil verilməyib.

Yeganə Səlimova gözdən əlillər üçün tikilmiş binadan əlilliyi olmayanlara, başqa yerdə mənzili olanlara ev verildiyini deyir. Buna görə əlində olan faktları prokurorluq oranlarına təqdim etdiyini də bildirir. Amma Prokurorluqdan Nazim Abbasovun cavabı onları qane etmir. “Nə faktları təsdiq edib cinayət işi başlayırlar, nə də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verirlər. Korrupsiyaya qarşı mübarizə yalnız kağız üzərindədir. Baş Prokurora görüşməyə imkan vermirlər ki, sözümüzü deyək”,- deyə Səlimovlar bildirib.

Yeganə Səlimova ölkə daxilində dəfələrlə qəbullarda olsa da bir nəticə hasil olmadığını bildirib. Artıq məcburiyyət qarşısında qonşu Gürcüstana gedib, BMT nümayəndiliyinə müraciət edəcəyini düşünür.

Səlimova Yeganə: “Məcburam gedib səfirliklərə müraciət edək. Bunu istəməsəm də daha başqa əlacım qalmayıb. Yaşadığımız   evin kirayə pulunu ödəyə bilmirəm, artıq evdən çıxarırlar. İki xəstə uşaqla küçələrdə qalası deyiləm ki?… ermeni səfirliyinə də müraciət edəcəyik”,- deyir.

azadliq.info

Daha çox göstər
Back to top button