İtaliya konqresmeni: “Azərbaycan Trans Adriatik boru kəməri layihəsinə İtaliyanın cəlb onuması heç mətiqli deyil”

İtaliyanın “SNAM” təşkilatı Azərbaycan qazının şəbəkəyə qoşulması üçün “Trans Adriatik boru kəməri “-nin 55 km tikintisinə 270 milyon investisiya etməlidir.
«Giornale di Puglia»-nın bildirdiyinə görə, bu haqda nəqliyyat üzrə İtaliyanın Parlament Komitəsinin üzvü Apuliya Diego de Lorentsias bildirdi.
“ TAP 2”-nin tikintisi üçün Avropa İnvestisiya Bankı 2 milyard avro, eləcə də Türkiyə əraziləriylə keçən “Trans-Anadolu qaz boru kəməri”-nin (TANAP) həyata keçirilməsi üçün 1 milyard avro yatırıb.
“TAP inşaatında Avropa İnvestisya Bankının investisiyası İtaliya vasitəsiylə Avropaya Azərbaycandan qaz təchizatı üçün kifayət deyildir. İtaliya şəbəkəsinə qoşulması üçün 270 milyon avro olmalıdır. Pul dövlət vəsaiti hesabından ayrılacaq. Bu isə o deməkdir ki, dövlət vəsaiti şəxsi mənfəət üçün istifadə olunacaq”- deyə konqresmen qeyd etdi.
Diego De Lorencis əlavə etdi ki, TAP enerji təchizatının diversifikasiyası üçün qaynaq deyildir. Layihəyə İtalyanın cəlb olunması heç məntiqli deyildir.
“TAP İtaliya və Apuliya üçün yararsızdır. İtaliyanın Avropa qaz mərkəzi olmasına inanmaq axmaqlıqdır. Bu enerji siyasəti artıq köhnələmişdir. TAP İtaliya Demokrat Partiyasının embelmidir”- deyə İtaliya konqresmeni bildirib .
Xatırladaq ki, İtaliyanın “Rai 3” televiziyanın jurnalisti Paolo Mondani Azərbaycanın “kürü diplomatiysı” haqqında teleproqram hazırlayıb. Proqramda həmçinin “TAR” haqqında da bəhs edilir.