BaşlıcaEkonomika

Karayan: “Ermənistan bu cür platformdur ki, investorlara çox böyük bazarlara girmək imkanını verir”

ER İqtisadi inkişaf və investisiya naziri Suren Karayan bu gün jurnalistlərlə müsahibəsində Erməni-Rusiya invesitisya fondunun yaradılmasına toxunaraq qeyd edib ki, bu proses artıq başlanıb.

Fondun sərmayyəsinə toxunaraq nazir deyib: “Birinci mərhələdə onlar tərəfindən ən azı 50 milion dolar, biz tərəfdən isə ekvivalent pul ayrılacaq. Pullar investisiya planı ilə bağlı olaraq artırıla bilər”.

Ermənistanda investisiya etməyi vəd etmiş və Karen Karapetyana dəstəklərini bildirmiş rus biznesmenlərdən məlümatları barədə suala cavab olaraq Suren Karayan dedi ki, bu bəyanatı imzalamış sirkətlərin nümayəndələri martın sonuna qədər Ermənistana gələrək bəyanatlarla çıxış edəcəklər.

Nazir həmçinin bildirib ki, Fransaya son səfəri ərzində 2-3 şirkət artıq əczaçılıq, qida sənayesi sahələrində investisiya etmək istəyini bildiriblər.

Əcnəbi investorlar Ermənistanın bağlı sərhədlərindən narahat olduqları barədə suala cavab verərək S. Karayan dedi: “Əksinə, əcnəbi investorlar Ermənistanla maraqlanır, çünki Ermənistan elə platformdur ki, investorlara çox böyük bazara girmək imkanını verir.

Söhbət üzvlük etdiyimiz Avrasiya İqtisadi birliyi bazarı, istifadə etdiyimiz səlahiyyətli rejim və AB ilə GSP+ asanlaşdırılmış rejimi haqqındadır”.

Daha çox göstər
Back to top button