BaşlıcaSiyasət

Putin Qarabağ haqqında deyib: “Rusiya maksimum dərəcədə səylər göstərməyə hazırdır”

RF prezidenti Vladimir Putin əcnəbi dövlətlər səfirlərinə vəkalətnamələr verərkən, həmçinin Qarabağ münaqişəsinə də toxunub.

Rusiya regional münaqişələrin həll edilmsəi  istiqamətində maksimum dərəcədə səy göstərməyə hazırdır.

Armeniasputnik.am-in məlümatına görə, bu haqda RF Prezidenti Vladimir Putin, Ermənistan ilə münasibətlərdən danışaraq, bəyan edib.

“Biz Ermənistanla dostluq və qarşılıqlı anlayış münasibətləri ilə bağlanmışıq. ER Prezidenti Serj Sarkisyanla görüş göstərib ki, Rusiya və Ermənistan müttəfiqlər olaraq etimadla bir birinə dəstək verir və birlikdə Avrasiya inteqrasiya proseslərini irəli aparır.

Ölkələrimiz arasında ticari- iqtisadi, investisiya, hərbi-texniki sahələrdə uğurla əməkdaşlıq aparılır. Turizm, mədəniyyət,elm və  təhsil sahələrində təmaslar dərinləşdirilir. Rusiya vasitəci olaraq regiondakı münaqişələrin həll edilməsi üçün maksimum dərəcədə səy göstərməyə hazırdır”,- deyərək Putin qeyd edib.

Daha çox göstər
Back to top button