Ekonomika

Azərbayacnda kənd təsərrüfatını iflic etdilər: Vahid Məhərrəmov

Dostlar, 2017-ci ilin yanvar-fefral aylarına dair xarici ticarətin gömrük statistikası açıqlanıb. Bu ilin ilk 2 ayının statistikası hökumətin aqrar sahəni tam olaraq iflic vəziyyətə saldığını göstərir. Ölkənin kənd təsərrüfatı məhsullarına olan təlabatının idxaldan asılılığı get-gedə artır. Ərzaq malları və kənd təsərrüfatı məhsulları üzrə idxalın həcminin artması artıq ərzaq təhlükəsi yaradacaq həddə keçib.

Bu ilin yanvar-fevral aylarında idxal olunan yeyinti məhsulları dəyər ifadəsində keçən ilin eyni dövrünə nisbətən 26,7 faiz artıb. Fiziki çəkidə isə əsas qida məhsullarının idxalında artım daha da çoxdur. Belə ki, ət və ət məhsulları idxalı 2,2 dəfə, kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı 5,4 dəfə, süd 2,3 dəfə, kərə yağı 42 faiz, buğda 53 faiz, çay 11%, şəkər idxalı 2,8 dəfə artmışdır.

Verilən məlumatlara görə, kənd təsərrüfatı məhsulları ixracında əvvəlki illərdə olduğu kimi, yenə də azalma var. Belə ki, yanvar-fevral aylarında çay 12%, bitki və heyvan mənşəli piylər və yağlar 11%, şəkər isə 60 faiz azalmışdır.
Beləliklə, 2017-ci ilin yanvar-fevral aylarının xarici ticarət statistikası kənd təsərrüfatının tam bərbad hala salındığını və ölkənin ərzaq təhlükəsi astanasında olduğunu göstərir.

azadliq.info

Daha çox göstər
Back to top button