Təhlil

E.Həsənov: “Bu, “cinayətkarların əvfi aktı”dır

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin 423 məhbusun əvf olunması barədə sərəncamını tənqidə məruz qoyub.

“Bu, xoş məram jestindən və humanizmdən daha çox “cinayətkarların əvfi aktı”dır. 10 ildən çoxdur həbs cəzası çəkən keçmiş MTN-in özbaşınalığının qurbanları – Səid Dadaşbəylinin işi üzrə həbs olunanlar əvf olunmayıb.

Əvəzində, əvf olunanlar arasında ağır cinayətlər törədənlər, xüsusən “Hacı Məmmədovun qanqster bandası”nın üzvü olmuş DİN-in keçmiş yüksək vəzifəli əməkdaşı var (Zakir Nəsirov). Dindarlar qrupundan bir nəfər də əvf olunmayıb.

Əvf 20 ildən çoxdur Qobustan həbsxanasında çürüyən keçmiş “OMON”çular – 90-cı illərin siyasi oyunlarının qurbanlarına toxunmayıb. Blogerlər və jurnalistlər həbsdə qalıb. Hətta hüquq müdafiəçiləri İntiqam Əliyevin və Xədicə İsmayılovanın şərti cəzaları belə ləğv olunmayıb. Əvf fərmanı ümidləri doğrultmadı”, deyə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Daha çox göstər
Back to top button