Ekonomika

Hanoda Ermənistan-Vyetnam hökumatlar arası komissiyasının oturumunda iki tərəf üçün maraqlı olan məsələlər müzakirə edilib

Vyetnam paytaxtı Hanoda İqtisadi, elmi və texniki əməkdaşlıq məsələlər üzrə Ermənistan-Vyetnam hökumatlar arası komissiyasının birinci oturumu başlanıb.

Bu haqda ER İqtisadi inkişaf və investisiya nazirliyindən bildiriblər.

ER kənd təsərrüfatı,  ER Mədəniyyət, ER İqtisadi inkişaf və investisiyalar, ER Xarici işlər, ER rabitə nəqliyyət və informasiya texnologiaları nazirliklərinin nümayəndələri martın 15-də Hanoya səfər etmiş ER İqtisadi inkişaf və investisiyalar nazirinin müavini Hovhannes Azizyanın başçılıq etdiyi nümayəndə heyətindədirlər. Vyetnam tərəfindən isə Sənaye və ticarət nazirinin müavini Hoanq Kuok Vuonq iştirak edir.

Ermənistan tərəfindən hökumatlar arası komissiyasının həmsədri ER İqtisadi inkişaf və investisiyalar nazirinin müavini Hovhannes Azizyandır, Vyetnam tərəfindən isə Sənaye və ticarət nazirinin müavini Hoanq Kuok Voungdur.

Oturumda iki ölkə arasına ticari-iqtisadi, kənd təsərrüfatı, nəqliyyət, mədəniyyət və turizm, eyni zamanda iki tərəf üçün də maraqlı sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə məsələr məzakirə edilib.

Müzakirələr nəticəsində oturum protokolu imzalanıb və sahələrə görə əməkdaşlığın gələcək istiqamətləri təsdiq edilib.

Səfərdə ER İqtisadi inkişaf və investisiyalar nazirinin müavini Hovhannes Azizyan Hoanq Kuok Vuonq ilə ayrı şəkildə görüş keçirib. Görüşdə erməni malların ixracat imkanları müzakirə edilib.

Xüsusilə tərəflər erməni spirtli içkilərin ixracatına toxunublar.

Hovhannes Azizyan Vyetnam Sənaye və tiacrət nazirinin müavini ilə AİB-Vyetnam azad ticari razılaşması ilə bağlı məsələlər müzakirə edib.

Tərəflər  AİB-Vietnam Azad ticarət razılaşmasında dəyişikliklər edilməsi üzrə protokolun imzalanması məqsədi ilə apreldə müzakirələr etmək haqqında razılıq əldə edib.

 

Daha çox göstər
Back to top button