Soyqırıma məruz qalan bir xalq kimi soyqırımların qarşısını alma vacibliyini təşviq etmək üçün mənəvi öhdəlik hiss edirik: Nalbandyan

Biz soyqırıma məruz qalan bir xalq kimi soyqırımların, bəşəriyyətə qarşı yeni cinayətlərin qarşısını alma vacibliyini təşviq etmək və addımlar atmaq üçün mənəvi öhdəlik hiss edirik. Bunu martın 16-da New Yorkdakı Linkoln mərkəzində Ermənistanın BMT üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş konsertdən öncə öz çıxışında Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan bəyan edib.
“Ermənistan dünyda sülhün bərpa edilməsi üçün keçirilən bir neçə sülhməramlı missiyalarda iştirak edir (Əfqanıstan, İraq, Kosovo, Livan, Malidə). Biz beynəlxalq ictimaiyyətin kütləvi qırğın silahlarının yayılmaması, terrorla mübarizə etmə, qaçqınları məsələlərinin həll olunması üçün göstərilən səylərinə qatıldık. Suriyadan təxminən 22 min qaçqın Ermənistanda sığınacaq tapıb və Ermənistan Avropada qaçqınları qəbun edən üçüncü ölkə olub. Dövlətimiz tolerantlıq, mədəniyyətlərarası, dinlərarası dialoqun təşviq edilməsi, irqçilik, nifrət təbliğat və ksenofobiyaya qarşı mübarizə üçün hər şey edir”,-deyə ER Xİ naziri vurğulayıb.