Başlıcaİctimaiyyət

“Qarabağ ermənilərin qəbirstanlığı olacaq” ifadəsi üçün Niderlandlarda İlham Aşkın məhkum olundu”

Niderlandlar məhkəməsi ermənilərə qarşı kütləvi zorakalıq çağırışıyla çıxış edən Haaqanın Türk-azərbaycan mədəniyyət birliyinin sədri İlham Aşkını təqsikar tanıdı.

O, türklərin aksiyası zamanı “Qarabağ ermənilərin qəbirstanlığı olacaq” deyərək səslənməşdir.Bu haqda “Armenpres” ilə söhbətində EİD Niderlandlarda Hay Dat Komitəsinin sədri Masis Abrahamyan bəyan edib.

“Bizim nümayəndəmiz məhkəmədədir.Az öncə bizi məlumatlandırdılar ki, məhkəmə şikayətçi tərəfin tələbini qane edib. Üstəlik,məhkəmə öncə nəzərdə tutulan 80 saat əvəzində,məcburi 120 iş saatı hökmünü verib.
Şərti həbsedilmə üçün eyniylə artıqlanmasıyla İki əvəzində iki il dörd həftə şərti müddətlə hökm verilib.

Məhkəmə hökmünün təfərrüatları daha sonra təqdim olunacaq.Məhkum edilməkdə məqsəd, kimsə biri ermənilərə qarşı zorakalıqlar çağırışını edərsə cəzasız qalmayacağına işarə etməkdir”-deyərək Masis Abrahamyan bildirib.

Almelo şəhərində martın 3-də Haaqanın Türk-azərbaycan mədəniyyət birliyinin sədri İlham Aşkının məhkəməsi keçirilib.Aşkın ermənilərə qarşı zorakalıq və nifrətçilik toxumunu səpməkdə günahladırılırdı.

Çünki o, Almelo şəhərində Böyük Qırğın Xatirə kompleksi qarşısında təşkil olunmuş türklərin aksiyası zamanı “Qarabağ ermənilərin qəbirstanlığı olacaq” ifadəsiylə çağırış etmişdir.

2014-cü il iyunun 1-də Almeloda aksiya keçirilib və orada əsasən türklər iştirak edirdi.Mitinq Almelonun Erməni Opostol kilsəsinin torpaq ərazisində yerləşdirilən Erməni Soyqırımı qurbanlarının xatirə kompleksinə qarşı idi.

Xatırladaq ki, Hollandiya erməni təşkilatları, xüsusən Holandiyanın Erməni təşkilatları Federasiyası(FAON) və Holandiyanın Hay Dat Komitəsi toplanış ərzində səsləndirilən ermənilər əleyhinə bəyanatlarla əlaqədar şikayət etmişdilər.

Daha çox göstər
Back to top button