Mədəniyyət

Artsaxın ən unikal yerlərindən biri Tyak kəndi mədəni və tarixi qoruq olub

Artsax Respublikasının (DQR) Hadrut rayonundakı Tyak kəndinin ərazisi, harda ki XIX əsrdən qalan yaşayış binaları vardır, mədəni və tarixi qoruq statusu alıb. Kənd əsas turist marşrutunun hissəsi olacaq, kənd sakinləri isə, biznes təşkil etmək və öz məhsullarını satmaq üçün dəstək veriləcək. Bu haqda «Кавказский узел» Respublikanın İqtisadiyyat Nazirliyinin bəyanatına istinadən məlumat verir.

Məlumata görə, Tyak kəndinə mədəni və tarixi qoruq statusu 14 martda Artsax İqtisadiyyat naziri Andranik Xaçatryan tərəfindən Respublika hökumətinə təqdim edilmiş layihə əsasında verilmişdir.

“Tyak kəndi Artsaxın ən unikal kəndlərindəndir, harda ki, XIX əsrdən qalan yaşayış binaları vardır. Bu gözəl nümunələri olan yaşayış binalarının saxlanılması üçün hökumətə burada tarix-mədəniyyət qoruğu yaratmaq təklifi verdik”,-deyə turizm və tarixi ətraf mühitin mühafizəsi sahəsində İqtisadiyyat nazirinin müavini Sergey Şahverdyan bildirib.

Onun sözlərinə görə, qoruğun əsas məsələsi tarixi binaların qorunmasıdır, lakin gələcəkdə kəndin inkişaf proqramı da hazırlanacaq. Cənub turizm marşrutuna cəlb olunmuş kənddə festivallar təşkil oluna bilər. Turistlərin gəlişi isə, kənd sakinlərinə öz biznesini təşkil etməyə imkan verəcək.

Şahverdyan qeyd etdi ki, Tyak kəndinin ərazisi 5,6 hektardır. Kənd Artsaxdakı 5 qoruqdan biri olub.

Daha çox göstər
Back to top button