İctimaiyyət

Belarusdan gələn bloqer Aleksandr Lapşinin ekstradisiyasına toxunub

Artsax Respublikasında Beynəlxalq bloqerlər forumunda iştirak edən Belarusdan gəlmiş bloqer Aleksandr Hoişk Belarus tərəfindən Lapşinin ekstradisiya edilməsinə toxunub.

O əmin olduğunu bildirib ki, bu olay Rusiya və Belarus hakimiyyətlərinin konfliktinin nəticəsidir.

“Mən yolcuyam və  bu böyük oyunda kiçik bir oyuncu olmaq nə demək olduğunu , yaxşı bilirəm. Təəssüf ki, bu oyun beynəlxalq cəmiyyət üçün ölkəmizin təsvirinə mənfi təsir göstərib.  Bu olayın nə qədər mənasız olduğu göstərildi. Biz heç bir neft də əldə etmədik və nəticədə bütün istiqamətlərdə məğlub olduq. Mən Belarus vətəndaşı olaraq üzr istəyə bilirəm, amma aydındır ki, bu cür məsələlər barədə biz qərar vermirik”,- deyə o vurğuladı.

Moskvalı bloqer, jurnalist Anton Nosik qeyd edib ki, birinci dəfə Artsaxa gəldi, amma həp dəfə də burada olmaq istəmişdir. “Münaqişə haqqında heç bir anlayışı olmayan çox insanlar vardır, Amma indi buradadırlar və bütün bunlar onların diqqətinə çatdırılır. Burada gördüyüm həm mənim, həm də oxucularım  üçün çox maraqlıdır”,- deyə o qeyd edib.

Bloqer Anton Merkurov Artsax Respublikasında olmasından məmnun olduğunu bildirib.

“Bu səfər mənim üçün çox əhəmiyyətlidir. Mən birinci dəfə buraya gəlmişəm və mənə  burada baş tutan olayları dünyaya isbat etmək imkanı verilir. Artsax öz saflığıyla ilə təəcübedicidir. Məncə bu ölkənin böyük turizm potensialı vardır. Artsaxı ziyarət etmək olduqca xoşdur”,- deyərək o bəyan edib.

 

Daha çox göstər
Back to top button