Ermənistan beynəlxalq turizm bazarında regional tur paketləri təqdim edəcək

Ermənistan beynəlxalq turizm bazarında regional tur paketləri təqdim edəcək. Turizm üzrə Dövlət Komitəsinin sədri zarmine Zeytuntsyan qeyd etdi ki, bu istiqamətdə artıq aktiv şəkildə işlər aparılır. “Artıq tur operatorlarımız Eko turizm, macəra turizmlə bağlı Ermənistan-gürcüstan tur paketləri təqdim edirlər.
Son zamanlarda Gürcüstandan Ermənistana 15 tur operator gəlmişdi. Yaxın günlərdə tur operatorlarımız da Gürcüstana gedəcəklər. Müzakirə gündəmində birgə turizm paketləri ilə bağlı məsələsidir”,-deyə Zarmine Zeytuntsyan bildirib.
Onun sözlərinə görə, birgə tur paketlərinin olması üçün İran tərəfi ilə aktiv şəkildə işlər aparılır. Ermənistanda İrana tur operatorları getdilər. Yaxın zamanlarda İrandan da Ermənistana gələcəklər.
“Birgə tur paketlərinin olması məsələsini təşviq etməliyik, lakin özəl sektor da fəal olmalıdır. İran əməkdaşları ilə müzakirələr davam edilir, düşünürəm ki, nəticələri yaxında görünən olacaqlar.” Hem Ermənistandan İrana, hem də İrandan Ermənistana turist axınını artırmaq üçün ciddi işlər aparmaqdadırlar.
Zarmine Zeytuntsyan qeyd etdi ki, Taylannd bazarı regional tur paketləri, xüsusilə də Ermənistan-İran, Ermənistan-Gürcüstan və hətta Ermənistan-Rusiya istiqamətləri ilə maraqlıdır. Turizm komitəsi ölkəni hədəfli bazarı etmək istiqamətində ciddi siyasət hazırlanmağa çalışır.