Siyasət

Mən tarixi səhvi düzəltmək istəyən bir ölkə görürəm: Belçika deputatı Artsax haqqında

Avropadakı Erməni Milli Komitəsinin təşəbbüsü ilə Stepanakertə gələn Belçikanın federal və Brüsselin regional parlamentlərinin deputatları Andre dı Byus de Varnaf, Emanuel de Bok və Pier Kompani martın 20-də Artsax Pralamentinin sədr müavini, “Artsax Respublikası-Avropa Parlamenti” dostluq qrupunun sədri Vahram Balayanın müşayiətiylə Stepanakertin memorial kompleksini ziyarət edərək Artsax azadlıq mübarizəsində həlak olmuşların xatirəsinə güllər qoyublar. Bu haqda “Armenpress”-ə Artsax Respublikası Parlamentinin mətbuat xidməti məlumat verib.

Sonra isə, Beçika deputatlarını Artsax Respublikası Parlamentinin sədri aşot Ğulyan qəbul edib. “Qarşılıqlı səfərlərin tezliyi göstərir ki, Belçikada Artsax və onun azadlıq mübarizəsi ilə bağlı maraq vardır”,-deyə Aşot Ğulyan qeyd etdi.

Valonia-Brüssel Federal Parlamentinin üzvü Andre de Byus de Varnaf qəbul üçün təşəkkür edərək Parlament sədrini Artsax Respublikasının Kanstitusiya islahatlar prosesi və referendum nəticələri münasibətilə təbrik edib. O vurğulayıb ki, onlar üçün Artsax məsələsi getdikcə önəmli olur və onlarbaş verən hadisələri maraqla təqib edirlər.

Artsaxa ilk dəfə gələn Brüssel Regional Parlamentinin üzvü Pier Kompani Parlament sədrinə Artsaxla bağlı öz baxışını təqdim edib. “Mən bir ölkə görürəm ki, məqsədi ayrılmaq deyil, tarixi səhvi düzəltməkdir. Bu mənim üçün böyük dərsdir”.

Daha çox göstər
Back to top button