İctimaiyyət

Rejim xalqı daha sərbəst əzə bilmək üçün həm də milyardlarla dollar borc faizi ilə yükləyir

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində hakimiyyətin ölkəni yüksək kredit faizləri olan borcla yükləməsindən yazıb. Ə.Kərimli qeyd edib ki, iqtisadi-siyasi islahatlara getməklə, beynəlxalq maliyyə qurumlarından ucuz faizli, əlverişli şərtlərlə kreditlər almaq olar, lakin Azərbaycan hakimiyyəti xalqı daha rahat əzə bilmək üçün həm də ağır borclarla yükləyir:

“Rejim ölkəni daha 1 milyard dollar yüksək faizli borcla yüklədi. “Cənub Qaz Dəhlizini” maliyyələşdirmək üçün illik 5.8 faizlə, 10 il müddətinə 1 milyard dollar borc alıblar. Daha əvvəl də 1 milyard dollar bahalı (illik 7 faizlə, 10 il müddətinə) borc alıblar. Yalnız bu 2 kredit üçün Azərbaycan milyard dollardan artıq faiz ödəməli olacaq. Amma Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı bir qayda olaraq kreditləri möhlətlə, daha uzun müddətə və daha aşağı faizlərlə (təqribən 0.5 – 1 faizlə) verir. Ancaq həmin banklardan böyük miqdarda kreditlər ala bilmək üçün gərək ciddi islahatlara razılaşasan. Hökumət islahat istəmir, şəffaflıq istəmir, vətəndaşları ilə öz kölələri kimi davranmaq istəyir və ona görə də ucuz kreditlər ala bilmir, bahalı kreditlərlə ölkəni daha ciddi böhrana aparır. İndi sual budur: nə qədər insan bilir ki, rejimin bizi daha sərbəst əzə bilməsi üçün də bu xalq milyardlarla dollar faiz ödəməli olacaq?”

Daha çox göstər
Back to top button