Serj Sarkisyan İran Prezidentini və İslam inqlabının Ali liderini bayram münasibətiylə təbrik edib

Ermənistan Respublikası Prezidenti Serj Sarkisyan İran İslam Respublikasının Prezidenti Hasan Rohaniyə və İslam İnqlab Ali Lider Seyid Ali Xomeyniyə təbiətin oyanışı və möcüzəli bayram olan Novruz bayramı münasibətiylə təbrik məktubunu göndərib.
Verilən məlumata görə ER Prezidentinin iş heyəti üzrə informasiya və ictimaiyyətlə əlaqələr idarəsinbdən bildirilib ki, Respublikamızın Prezidenti Günəş təqvimiylə yeni 1396-cı ilin, İran üçün gələcək inkişaflar, yeni-yeni uğurlar və əldəolunmalar və bəhrəli il olmasını diləyib.
ER Prezidenti qeyd edib ki, ötən iyirmi beş il ərzində dostluq münasibətlərimiz bütün sahələrdə genişlənərək sıçrayışlı illər yaşanıb.
Prezident Sarkisyan ümidvar olduğunu bildirib ki, həmin qətiyyətli dayaq üzərində söykənmiş erməni-iran dövlətlərarası möhkəm əlaqələr gələcəkdə həmçinin genişlənəcək və iki xalqların firəvan və çiçəklənən gələcəyi naminə daha da möhkəmləndiriləcək.
Serj Sarkisyan İran Prezidentinə və İslam İnqlabının Ali liderinə möhkəm can sağlığı, bollu günəşli və bəhrəli fəaliyyətli illər arzulamışdır .Dost xalqısa eyniylə təbrik edərək uzunsürən sülh və əmin-amanlıq diləmişdir.