Təhlil

Beynəlxalq bloqqerlər forumunda İqtisadiyyat nazirinin müavini aeroport məsələsinə toxunub

Stepanakert hava limanı işləmir və bunun səbəbi Azərbaycan tərəfindən deyil, beynəlxalq təşkilatlar, xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən göstərilən təzyiqləridir.

“Artsakhpress”-in verdiyi məlumata görə, bu haqda Stepanakertdə keçirilən Beynəlxalq bloqqerlər forumunda Artsax Respublikası İqtisadiyyat nazirinin müavini Sergey Şahverdyan bildirib.

“Heç kəs bu məsələnin nə zaman həll olunacağını bilmir, lakin başqa yolla getdik və ikinci yolu inşaat etdik. Bu yol Aretsaxı Ermənistanla bağlayır. Stepanakert-Martakert-Qarvaçar-Sotq yolu Artsaxa edilən səfərlər axınını artırmağa imkian verir”,-deyə Şahverdyan qeyd etdi.

Şahverdyan “hava limanı beynəlxalq formatla deyil, sadəcə Yerevan-Stepanakert uçuşlarla niyə fəaliyyət göstərə bilməz” sualına cavab verib ki, “bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar bunu uyğun görmürlər. Eyni zamanda biz aeroportın tamamilə fəaliyyət göstərməməsini deyə bilmirik, çünki hazırda Ermənistanla vertalyotlarla əlaqələri var və bunun üçün icazə lazım deyil. Bu baxımdan deyə bilirik ki, aeroport işləyir sadəcə  mülki təyyarələr uçuş etmirlər”.

Daha çox göstər
Back to top button