Beynəlxalq

Bülbüloğlu kimi insan YUNESKO-nun rəhbəri ola bilməz. Ermənistanın 21 təşkilatı BMT-nın baş katibinə məktub göndərəcəklər

Ermənistanda BMT ilə çalışan 21 ictimai və siyasi təşkilatlar Rusiyada Azərbaycanın səfiri  Polad Bülbüloğlunun  YUNESKO  baş direktoru  vəzifəsinə  təyin etməməsi üçün BMT baş katibinə  məktub göndərəcəklər.

Bu haqda bu gün  keçirilmiş mətbuat konfransında təşəbbüs qrupunun üzvləri fövqəladə və səlahiyyətli səfiri Arman Navasardyan, “Davamlı İnsan inkişafı üçün ” Assosiasiyanın rəhbəri  Karine Danielyan, Ermənistan Demokratik Partiyasının rəhbari Aram Sargsyan və  keçmiş ombudsman  Larisa Alaverdyan bildirb.

“Biz YUNESKO-nun nizamnaməsini aldıq, nizamnamədən YUNESKO-nun missiyası ilə bağlı  əsas maddələri çıxardıq. Sonra  biz  bunları Bülbüloğlunun keçdiği yolu ilə müqayisə etdik. O, Azərbaycanın mədəniyyət naziri oldu və həmin illərdə digər  xalqların mədəniyyətini məhv etdi”- deyə Danielyan qeyd etdi.

Arman Navasardyan da bildirdi ki, Bülbüloğlu “Diplomatik Müqəddəs Kitab” kimi hesab edilən 1961-ci ildə imzalanmış Vyana Konvensiyasının bütün qaydalarını pozur.

Vyana Konvensiyasına görə, səfir beynəlxalq təhlükəsizliyi, dünya sülhü və ölkələr arasında dostluq münasibətlərin aparılmasını təmin etməlidir.

“Dağlıq Qarabağ münaqişəsinin nizmalnama məsələsində  onun mövqeni çox  açıqdır. O deyir ki, mən silah alacağam və Artsaxa gedəcəyəm.
Lakin məsələ yalnız Qarabağ deyil, o Ermənistana qarşı bu fəaliyyətlərin davam edilməsinə də çağırır.

  Belə insanları diplomatlar öz aralarında  mənəvi və diplomatik qəribəlik olaraq qəbul edirlər. Beləliklə o  elm, mədəniyyət, təhsil və  sülh təbliğ edən bir təşkilatda çalışacaq “– deyə o vurğuladı.

Navasardyanın  sözlərinə görə, əgər Bülbüloğlu YUNESKO-nun baş direktoru olacaqsa, Ermənistan böyük zərər çəkə bilər.

“Dünyadakı bütün abidələrimiz təhlükə altında olacaq”- deyə diplomat elan etdi .

Xatırladaq ki, BMT-nın Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO)  baş direktoru  vəzifəsinə  Azərbaycan  Rusiyada Azərbaycanın səfiri Polad Bülbüloğlunun namizədliyini təkilf etdi.

 

Daha çox göstər
Back to top button