Serj Sarkisyan Novruz bayramı münasibətiylə Ermənistanın kürd icmasını təbrik edib
ER Prezidenti Serj Sarkisyan Novruz bayramı münasibətiylə Ermənistanın kürd icmasını təbrik edib.
“Ermənistanın kürd icmasının hörmətli nümayəndələri, sizi Novruz bayramı münasibətiylə ürəkdən təbrik edirəm. Bu qəşəng yaz bayramı,təbiətin oyanışı və yeni il hamımızın qəlblərini sevinc və fərəhlə dolğunlaşdırır.
Ermənistan vətəndaşları öz kürd bacı və qardaşlarıyla Novruz bayramının bəhrələrini və şənliklərini bölüşür.
Hörmətli kürd həmvətənlər,
Sizi bu parlaq bayram münasibətiylə təkrarən təbrik edir sizə yüksək əhval-ruhiyyə arzulayıram. Qoy bu açılan bahar sizin həyatınıza optimistiliklə və xoşbəxtliklə qədəm bassın və bizim əsrlərdən gələn dostluğumuzu daha da səmimiləşdirsin.
Novruz bayramınız mübarək”- deyə Prezidentin təbrik müraciətində bəyan edilib.