BaşlıcaEkonomika

BƏƏ «Ocean Holding» şirkəti Ermənistanda Günəş stansiyalarını quraşdırmaq üçün 100 milyon dollar investisiya edəcək

BƏƏ «Ocean Holding» şirkəti Ermənistanda Günəş stansiyalarını qurmaq məqsədiylə 100 milyon dollar investisiya edəcək.

Əbu Dəbidə keçirilən “ “Ermənistan –Birləşmiş Ərəb Əmirlikləri” investisiya konfransı ərzində 100 milyon dollarlıq investisiyalar barədə, Ermənistanın Enerji infrastrukturları və Təbii sərvətlər nazirliyinin, BƏƏ «Ocean Holding» QSC arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. «Ocean Holding»-in məqsədi bu ildən etibarən 100 milyon ABŞ dollarında investisiya etməkdir.

Nazirlik «Ocean Holding»–in fəaliyyətini Ermənistanda həyata keçirəcəkdir.İnvestisiyalar bir neçə mərhələylə həyata keçiriləcək.
ER Energetika infrastrukturlarının və Təbii sərvətlər nazirinin müavini Hayk Harutunyan aydınlaşdırmışdır ki, çoxsaylı araşdırmalardan və müzakirələrdən sonra qərara alınıb ki, yaxın üç ildə həmin şirkətlər ölkədə foto voltlu stansiyalar quraşdıracaq.

“İnvestisiya proqramlarının başlanığıcı bu il olacaq və mərhələli prinsiplə 100-120 meqavat stansiyalar quraşdırılacaq.

Onlar ölkənin enerji ehtiyaclarının 3-4 faizini təmin edəcəkdir.Hazır proqramlarımız var ki, onlar da son iki illərdə investorlar üçün aşılanmışdır.

Orada bütün texniki informasiyalar təfərrüatlı qaydayla təsvir olunub.Həmin şirkətə həmçinin təklif irəli sürülüb bununla belə özləri gərək əraziləri seçsinlər”-deyə nazir müavini bildirib.

”İnvestorların geniş dairəsi toplaşıb ki, onların məhz bərpa olunacaq enerji sahəsində maraqları var. Bu isə cəmi ilk addımdır.Sahə uzunmüddətli və aşağı riskli eyni zamanda az gəlir gətirən sahədir.

Bu isə o deməkdir ki, bu sahədə investisiya etməklə investr Ermənistanla 20 ilə kimi və bəlkə də artıq müddətlə əlaqəsini üzmür”-deyərək nazir müavini bəyan edib.

Daha çox göstər
Back to top button