Ekonomika

Ekspert və deputat qiymət artımının səbəblərini şərh edib

“Ölkədə qiymətlərin qalxmasının obyektiv və subyektiv səbəbləri var. Bundan əlavə isə “yerli xüsusiyyət” kimi subyektiv səbəb də mövcuddur”. İqitsadçı- eskpert Natiq Cəfərli bunu Turana na bildirib.

Ekspertə görə, “yerli xüsusiyyət” odur ki, bütün sivil dünyada bayram öncəsi

qiymət endirimi baş verir, Azərbaycanda isə əksinə qiymətləri qaldırırlar: “Odur ki, bu bahalığın dolların məzənnəsilə heç bir əlaqəsi yoxdur. Bu bazar inhisarıçıları olan oyunçuların bazara öz qiymətini diktə etməsi deməkdir”.

N.Cəfərliyə görə, digər tərəfdən isə qış fəslindən sonra ölkə bazarlarında yeri məhsul azalır, istehsal edilmiş məhsulu saxlamaq üçün infrasturktur yaradılmayıb və bu səbəbdən də bu malları üzün müddətli qoruya bilmirlər.

Onun fikrincə, bu ərəfədə idxal mallrı bazarda dominant səviyyəyə keçir və bu qiymət artımı baş verir.

N.Cəfərli kənd təsərrüfatı naziri Heydər Əsədovun ətin bahalaşması barədə fikirlərini şərh edərək deyib ki, nazirin nə demək istədiyi aydındır: “Nazir deyir ki, ət özü Azərbaycanda istehsal olunsa da, bu sahə qurumlarının kommunal, qaz. işıq xərcələri artıb və həmin xərclər istehlakçıya satılan qiymətin üzərinə əlavə edilib”.

Ekspert deyir ki, qiymətlərin endirilməsi yolları vardır və bundan da hakimiyyət istifadə etməyi bacarmalıdır: “Bunun üçün ya kəskin rəqabətlilik mühiti yaradılmalı, sahibkarların fəaliyyətinə bütün maneələr aradan qaldırılmalıdır. Digər bir yol isə, mövsümlə bağlı idxal mallarına tətbiq edilən

gömrük və vergi rüsumları sıfırlanmalıdır. Bu zaman qiymətlərin aşağı düşməsi mümkün ola bilər”.

“Kimin nə deməsindən aslı olmadan ölkədə qiymətlərin ən azı 15% bahalaşması faktdır və buna uyğun olaraq da təqaüd və maaşların artırılmasının vacibliyini hələ keçən il büdcə icmalının müzakirəsi zamanı parlamentdə də bildirdim”. Bunu isə Turana deputat Fərəc Quliyev bildirib.

Deputat deyir ki, iqtisadiyyyatın neft asılığından xilas olmadığını, sahibkarlığa normal münasibət formalaşmadığını da nəzərə çatdırıb.

F.Quliyev idxalı azaltmağın mümkün olduunu deyir və bildirir ki, bir çox mallar var ki, ölkədə istehsalı mümkündür: “Amma bunu da demək lazımdır ki, bəzi məmurlar istehsalın ölkədə istehsalın güclənməsində maraqlı deyildirlər”.

Deputat hesab edir ki, konkret bazarda qiymətlərin yüksəlməsinə gəlincə, bunun obyektiv səbəbindən əlavə, subyektiv səbəbləri var: “Subyektiv səbəb budur ki, inhisarçı marağı olan məmurlar ölkədə istehsalın güclənməsinə maraq göstərmir, daha çox öz gəlirini düşünür və düşüncə yerini dövlətin, xalqın nə qazanacağı düşüncəsinə verməyənə qədər davam edəcək”.

Deputat deyir ki, Neft Fondunun xaricədki sərmayələrini 3%-lə kreditə verirlər, həmin vəsaitin bie hissəsi ölkəyə gətirilməklə və aşağı faizlə kreditə verilməsi laızmıdr: “Özü də bu kredit gənclərə ən yuxarısı 5%-lə verilməlidir ki, həm regionda fermer təsərrüfatı qura bilsin, həm də özünə ev tiksin, beləliklə də ölkədən gənclərin xaricə axınına qarşı müsbət mənada təsir etmək olar, amma neçə illərdir ki, bu dediklərim elə təklif olaraq qalır, diqqətə alınmır”.

F.Quliyev regionlarda sahibkalığın inkişafı ilə bağlı prezident İlham Əliyevin vəsait ayırdığını, amma yerlərdə bu vəsaitlərin havaya sovrulduğunu deyir. Onun fikirncə, həm vəsait dağıdılır, həm də dövlətin nəzərdə tutduğu nəticə alınmır: “Dövlət qurumları var ki, inzibati binasının tikilməsinə 10 milyonlarla vəsaitlər xərcləyirlər, halbuki bu vəsaitlər yeni istehsal sahələrinin yaradılmasına, iş yerlərinin açılmasına sərf oluna bilərdi. Amma korporativ maraqlrın ümumi maraqları üstələdiyini görürük”.

Deputat deyir ki, durum indiki şəkildə davam etdiyi halda qiymətlərin enəcəyinə o qədrə də inanmır: “Qiymətlərin enməsi üçün istehsal güclənməli, iş yerləri açılmalı, əhalinin alıcılıq qabiliyyəti yüksəlməli, inhisar aradan qalxmalıdır. Hələ i, bu dediklərim müşahidə edilmir”.

Daha çox göstər
Back to top button