ER Prezidenti Serj Sarkisyan BƏƏ-nə gedib

Bu gün Ermənistan Prezidenti Serj Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Əbu Dəbi hava limanında Respublika Prezidentini BƏƏ baş nazirinin müavini, prezidentlik məsələləri üzrə nazir Şeyx Mansur bin Al Nahyan qarşılayıb.
Təntənəli qarşılanma mərasimindən sonra Respublikanın Prezidenti nazir Şeyx Mansur bin Cayed Al Nahyanla görüşüb.
Serj Sarkisyan dost Birləşmiş Ərəb Əmirliklərində özünün ötən səfəri ərzində əldə olunan şərtləşmələrə əsasən qısa bir müddətdə Ermənistanın investisiya imkanlarına həsr olunmuş konfransın təşkili üçün təşəkkür bildirmişdir.
Prezident ümidvar olduğunu bildirib ki, Şeyx Mansur bin Cayed Al Nahyan ilə əldə olunan şərtləşmələr əsasında konfransın nəticələri erməni-əmirliklər münasibətlərinin gələcək inkişafı işində ciddi rol ifa edəcəkdir.
Respublikanın prezidenti “Ermənistan-Birləşmiş Ərəb Əmirlikləri” investisiya konfransına dair həmçinin BƏƏ Ekonomika naziri Sultan al-Mansuriylə təəssüratlı şəkildə söhbət edib.