Serj Sarkisyan BƏƏ vitse-prezidenti, Baş naziri, Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma ilə görüşüb

Prezident Serj Sarkisyan bu gün Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma ilə görüşüb.
Prezidentin dəyərləndirdiyinə görə, əldə edilmiş razılaşmaların nəticələri ilə keçirilən tədbirlər perspektivlidirlər və bu tədbirlərdən biri də bugün dost Əmirliklərdə keçirilən Ermənistanın investisiya imkanlarına həsr edilmiş konfransıdır.
Serj Sarkisyan vurğulayıb ki, Ermənistan Birləşmiş Ərəb Əmirlikləri ilə aparılan yüksək səviyyəli dialoqlara və əməkdaşlığa, o cümlədən ticarət və iqtisadi sahəsində olan münasibətlərə böyük əhəmiyyət verir.
Prezident əminliklə bəyan edib ki, konfrans nəticələri və bu çərçivəsindəəldə edilmiş razılaşmaları iki tərəfdən də dəstəklənəcəklər və erməni-ərəb ticarət və iqtisadi əlaqələrinin gələcək inkişafına böyük qatqı gətirəcəklər.
Serj Sarkisyan ərab dünyası ilə əlaqələrin inkişafı Ermənistanın xarici siyasətinin birinci istiqamətlərindən biri olduğunu qeyd edərək deyib ki, bu baxımdan erməni-ərəb əlaqələrinə xüsusi yer ayrılır və əməkdaşlığın ən yaxşı nümünəsindəndirlər.
Tərəflər paytaxtlarda diplomatik nümayəndəliklərinin mövcudluğunun iki ölkə münasibətlərinin inkişafına töhvə verəcəyini bəyan ediblər.