Siyasət

ABŞ konqresmenləri soyqırımların qarşısını almaq üçün ikipartiyalı qətnamə hazırlayıblar

Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının üzvləri Devid Trot və Adam Şif ikipartyalı bir qətnamə təqdim etdilər. Qətnamədə ABŞ-i Erməni Soyqırımından dərs alaraq Yaxın Şərqdə baş verən qırğınların qarşısını almağa çağırılr. Bu haqda ABŞ-dakı Erməni Milli Komitəsi məlumat verir.

Qətnamədə qeyd olunur ki, “Erməni Soyqırımının pislənməsi müasir soyqırımların qarşısını alma işində ölkənin beynəlxalq mövqeyini gücləndirəcək”.

“Yaxış Şərqdə xristianlar, yezidilər, müsəlmanlar, kürdlər və digər həssas dini və etnik qruplara qarşı törədilən soyqırımlar, müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərin qarşısını alma məqsədilə Amerika Erməni Soyqırımından, Seyfodan və Osmanlı İmperiyası tərəfindən ermənilər, assurilər, yunanlara qarşı törədilən soyqırımlara qarşı ABŞ hökuməti, vətəndaş cəmiyyəti və humanitar cavabından dərs almalıdır”.

Daha çox göstər
Back to top button