BaşlıcaSiyasət

ATƏT Minsk qrupunun keçmiş həmsədri:” Təmas xəttində qurğuların yerləşdirilməsi vasitəçilərə atəşkəsi pozanları cəzalandırmaq imkanını verəcək”

Qarabağ münaqişəsi tərəfləri sülh naminə daha diqqətli çalışmağa cəhd etməlidir. Bu haqda “Amerikanın səsi”-nə ATƏT Minsk qrupunun keçmiş həmsədri səfir Keri Kavano bəyan edib.

“Tərəflər əlbəttə Moskvaya, Vaşingtona və Parisə siqnal göndərməlidir ki, özləri sülh yoluyla nizamlanma istiqamətində çalışmağa hazırdır”,- deyərək o qeyd edib.

Keri Kavanonun sözlərinə görə, Qarabağ münaqişəsi zonasında irirmiqyaslı müharibənin başlanması yalnız münaqişə tərəfləri üçün deyil, bütün region üçün çox təhlükəlidir, buna görə də həm Vaşington, həm Moskva, həm də Paris sülhün təmin edilməsi ilə maraqlanır.

“Bu əlbəttə dondurulmuş münaqişə deyildir, astalıqla artan və ciddi diqqət tələb edən bir münaqişədir”,-  deyərək o vurğulayıb.

Keçmiş vasitəçinin sözlərinə görə, onu üç faktor narahat edir. 10 il öncə tərəflər arasında müzakirələr aparılırdı, amma indi sülh müzakirələri dondurulmuşdur. 10 il öncə sərhəddəki əsas problem snayperlərin atəşi idi, bu gün isə artileriyadan, tanklardan istifadə edilir. Təmas xəttində xüsusi qurğuların tədbiq edilməsi barədə vasitəçilərin təklifləri həyata keçirilmir.

” Birdən biz Azərbaycandan eşidirik ki, onlar bunu icra etmək istəmir, buna görə də qarşılıqlı etimad üçün bu tədbirlərin həyata keçirilməsi mümkün deyil”.

Kavanonun sözlərinə görə, qurğuların yerləşdirilməsi vasitəçilərə atəşkəsi pozanları cəzalandırmaq imkanını verəcəkdi. Eyni zamanda Keri Kavano xatırladır ki, vasitəçilərin tərəflərə təzyiq edə bilməsinə baxmayaraq, sülhün təmin edilməsi əsas məsuliyyəti qarşıdurma tərəflərinin üzərinə düşür.

Daha çox göstər
Back to top button