Avropa Şurasında korrupsiya skandalı. İtaliyalı deputat Azərbaycandan bir neçə milyon avro alıb: Tagesspiegel

“Milan banklarından biri şübhəli köçürmələrə diqqət ayrılmadıysa, Avropa Şurasıının tarixində ən böyük skandalı bəlkə də ortaya çıxmayacaqdı. Bu maliyyə razılaşmaları Baltik ölkələri və Marşall adaları bankları ilə həyata keçirildilər. Milan prokurorluğu istintaqa başladı. Müstəntiqlərin ortaya çıxardığı şeylər bomba təsiri etdilər. Bu pullarla əlaqəsi olan firma rəsmi olaraq Avropa Şurasının İtaliyalı deputatının həyat yoldaşına aiddir.
2012-2014-cü illərdə Luka Volonter Azərbaycandan sadəcə 2.39 milyon avro alıb. Apreldə Volonter pul yuyulması ittihamı ilə məhkəmə qarşısına çıxacaq”,-deyə Klaudia Fon Zaltsen yazır.
Jurnalist qeyd edir ki, Azərbaycan son illərdə ölkədə insan hüquqları ilə bağlı vəziyyəti haqqında Avropa Şurasının mənfi qərarından qaçması üçün əlindən gələni etdi. “Azərbaycanlı deputatlar 2013-cü il yanvar ayında keçirilmiş səsvermə zamanı Azərbaycanın siyasi məhbusları haqqında alman Kristofer Ştresserin hesabatı gözlənilmədən uğursuzluğa uğradığında yəqin kiçik qələbə qeyd etdilər.
Son bir neçə illərdə daha çox faktlar sübüt edirlər ki, bu vəziyyətdə “kürü diplomatiyası” də böyük rol öynadı. Lakin Volonterin işində söz sadəcə kürü və dəbdəbəli xalçalar haqqında deyil. Keçmiş deputat pul aldığını etiraf etdi, lakin bu pulun onun AŞ-dakı fəaliyyəti ilə əlaqə olmasından inkar edib. Onun szölərinə görə, bu pul azərbaycanlı deputat Elxan Süleymanova verdiyi məsləhət üçün sadəcə mükafatdır.”
Qəzet yazır ki, Luka Volonter üçün hər şey 2011-ci ildə Azərbaycana getdiyindən sonra başlayıb. Süleymanov ilə görüşdən sonra deputatlar münasibət qurdular və Volonte Azərbaycanın beynəlxalq imicinin yaxşılaşdırılması anlayışı təklif etdi. 2012-ci il may ayında Avropa Sabitlik Təşəbbüsü Təşkilatı ilk dəfə kürü diplomasiya haqqında danışanda, Volonte bildirib ki, “korrupsiya sübutləri” yoxdur.
Almaniyanın AŞ-dakı nümayəndə heyətinin sədr müavini Frank Şvabe bu skandalın daha da böyüməsindən qorxur. Şübhələr var ki, bu korrupsiya işində sadəcə Luka Volonter deyil, və söz artıq çoxdan yalnız Azərbaycan haqqında deyil. “Avropa Şurasında indi avtoritar dövlətlərini tənqidi qiymətləndirmələdən qoruyanlar vardır”,-deyə Şvabe qeyd etdi. Məsələn, yanvar ayında Türkiyədə insan hüquqları mövzusunda olan müzakirələr üçün qəsdən maneələr törədilmişdi.