Ekonomika

Azərbaycan neft məhsullarının ixracını 3 dəfəyə yaxın azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 46 min 331,72 ABŞ dolları dəyərində 117 min 963,01 ton neft məhsulları ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 215 min 594,17 ton və ya 2,83 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 16 min 667,97 dollar və ya 26,46% azdır.

Daha çox göstər
Back to top button