İctimaiyyət
C.Həsənli: ‘Aksiyaları zəruri edən şərtlər var’

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinə etiraz mitinqlərinin keçirilməsi məsələsi ilə bağlı müzakirələrə başlayıb.
C.Həsənli deyib ki, aksiyaları zəruri edən şərtlər var və bu şərtlər ölkənin uşaqdan böyüyə hər vətəndaşına aydındır: «Ölkənin mövcud iqtisadi-sosial durumu ağırlaşıb. Böhran dərinləşir və onun ağırlığı xalqın çiyninə yüklənir. Siyasi məhbus problemi həll edilməmiş qalır. Yeni korrupsiya faktları ortaya çıxır. Bütün bunlar kütləvi aksiyaları zəruri edir».