Ekonomika

ER İqtisadi inkişaf və investisiya nazirliyi:“Ermənistanın investisiya cəlbediciliyi nüfuzlu təşkilatın broşüründə təqdim edilib”

ER İqtisadi inkişaf və investisiya nazirliyndə “Ermənistan.Mükəmməl ölkə, ağıllı xüsusiyyətləri” adlı broşürün təqdimatı keçirilib.

Kitabça “Böyük dördlüyün” üzvü KPMG konsaltinq təşkilatının və ER İqtisadi inkişaf və investisiya nazirliyinin birgə səyləri ilə hazırlanmışdır.

Nazir Suren Karayan qeyd etdi ki, broşür Ermənistanın biznes və investisiya mühiti ilə bağlı ətraflı şəkildə məlumat verir.  Nazir qeyd etdi ki, broşür potensial investorlara lazımi məlumat verərək, invesisiyaların cəlb olunması üçün effektiv vasitə ola bilər.

Suren Karayanın sözlərinə görə, belə nüfuzlu təşkilatın təqdim etdiği broşür xarici investorlar üçün Ermənistanın investisiya cəlbediciliyi ilə bağlı etibarlı bir qiymətləndirmədir.

“Qeyd etməliyəm ki, Ermənistan-BƏƏ İnvestisiya Forumunda bu broşür böyük maraqla qarşılanıb. Biz müxtəlif potensial investorlar ilə bəzi məsələləri müzakirə etdik.

Qeyd edək ki, BƏƏ-dəki ofisimiz Ermənistanda investisya işləri ilə bağlı  dəstək və əməkdaşlıq etməyə  hazır olduğunu bildirib”- deyə KPMG təşkilatının Rusiya və MDB-nin digər tərəfdaşları üzrə  Şuranın üzvü Viktor Akulyan bildirdi.

“Ermənistan. Mükəmməl ölkə, ağıllı xüsusiyyətləri” adlı broşür Ermənistanın biznes və investisiyası ilə bağlı ətraflı məlumat verir.

Daha çox göstər
Back to top button