BaşlıcaTəhlil

Münaqişənin ilk qadın döyüşçüləri: Washington Post erməni qadın hərbçiləri haqqında

Dağlıq Qarabağ münaqişə zonasında 2016-cı il aprel ayında baş verən döyüşlər bir qrup gənc qadın və qıza ənənəvi gender rolunu ataraq silah almağa motivasiya veriblər.

Bu barədə Amerikanın nüfuzlu Vaşinqton Post qəzeti yazır. Dərc olunmuş məqalənin adı “Bu şəkillər onilliklər sürən münaqişənin ilk qadın döyüşçülərini göstərirlər”.

Məqalədə fotoqraf Lena Muçanın işləri təqdim olunur. Lena Muça Ermənistana gələrək hərbi institutları ilə tanış olmuşdu. Səfər ərzində o, hərbi işləri ilə maraqlı olan erməni qadınların fotolarını çəkmişdi.

“Onlar stereotipləri qıraraq bir çox mühafizəkarların müqaviməti ilə üz üzə gəlirlər, çünki karyera etmək qərarına gəldilər, harda ki, qadınlar hələ ki qəbul olunmurlar”,-deyə fotoqraf anladır. O qeyd edir ki, 2014-cü ildə 23 qadın hərbçiləri hərbi akademiyaya girdilər. Artıq bir il sonra Dağlıq Qarabağda onlar ilk dəfə hərbi liseyə qatılıblar.

Muça iki instituta getdikdən sonra qeyd etdi ki, qadınların iştirakı ilə bağlı böyük müqavimət hələ ki mövcutdur. Yerevan hərbi akademiyasında  fiziki müəllimlərdən biri fotoqrafa demişdi: “Qadınlar orduda olmamalıdırlar. Bura onların yeri deyil. Onlar kişilərə bənzəmirlər”.

“Mən bu qızları çəkdiyim və onlarla zaman keçirdiyim zaman onlarla tanış oldum. Onlar normal gənc qadınlardır və onların da bütün dünyadakı qadınlar kimi maraqları, fikirləri, xəyalları vardır”,-deyə Muça qeyd edir.

Fotoqraf deyir ki, onların təcrübəsi unikal bir bağıntı yaradıb. “Onlar sadəcə tələbə deyil, onlar ailə olmuşlar”,-deyə o vurğulayıb.

Daha çox göstər
Back to top button