BaşlıcaSiyasət

Nalbandyan İran Xarici işlər nazirinin müavini ilə AİB-İran əməkdaşlığını müzakirə edib

Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan bu gün, martın 24-də İran Xarici  işlər nazirinin müavini İbrahim Rahimpurini qəbul edərək, onunla AİB-İran əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib.

XİN-nin məlümatına görə, Edvard Nalbandyan, İbarhim Rahimpurini Novruz bayramı münasibəti ilə təbrik edərək, İran xalqına irəliləmə və firavanlıq dilədi.

İbrahim Rahimpuri İran Xarici işlər naziri Cavad Zarifin salamlarını Ermənistan Xarici işlər nazirinə çatdırdı.

Görüşdə keçən ilin sonunda İran dövlət başçısının Ermənistana səfəri ərzində əldə edilmiş razılaşmaların icra edilməsinə toxunublar. İbarhim Rahimpuri vurğulayıb ki, 2016-ci ildə İran prezidenti, birinci prezident müavini, bir ne,ə nazirlərin Ermənistana səfərləri göstərir ki, İran Ermənistanla münasibətlərinə nə qədər  əhəmiyyət verir.

Nazir və nazir müavini Rahimpuri iki tərəfli gündəmdəki məsələlərin geniş çərçivəsini müzakirə edib. İki tərəf da ticari-iqtisadi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində davamlı səylərin əhəmiyyətini vurğulayıb.

Görüş gündəmində, həmçinin, AİB-İran əməkdaşlığı barədə məsələlər mövcudddur.

Həmsöhbətçilər məmnuniyyətlə vurğuladı ki, Novruz bayramını qeyd etmək üçün Ermənistana böyük sayda iranlı turistlər gəldi, eyni zamanda keçən ildə iki dövlət arasında  viza rejiminin asanlaşdırılması qərarının əhəmiyyətinə toxunublar.

Nalbandyan və İbrahim Rahimpuri iki ölkə Xarici işlər nazirlikləri arasında davamlı müşavirələrə də toxunublar.

Görüşdə bəynalxalq təcili məsələlər, Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib.

Daha çox göstər
Back to top button