Ekonomika

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi çərçivəsində çoxtərəfli iqtisadi əməkdaşlığın dəstəklənməsi çox önəmlidir: Nazir

ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vahan Martirosyan “TRASEKA” Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyanın baş katibi Mirçea Çopraganı qəbul edib.

Nazir Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi çərçivəsində çoxtərəfli iqtisadi əməkdaşlığın dəstəklənməsinə böyük əhəmoyyət verib. Vahan Martirosyan bildirib ki, Ermənistan üzv dövlətlərə imzalanmış razılaşmalara şərtsiz qoşulmasına dəstək verməyə hazırdır.

Görüş zamanı multimodal daşınmaları və bunların inkişaf prespektivləri ilə bağlı məsələlər də müzakirə olunub.

Mirçea Çopraga deyib ki, Hökumətlərarası Komissiya erməni tərəfinin üzv dövlətlər ilə iqtisadi və nəqliyyat əlaqəsinin inkişafına yönəlmiş təkliflərini qəbul etməyə hazırdır.

“TRASEKA” beynəlxalq nəqliyyat layihəsidir, harda ki Avropa İttifaqı və Şərqi Avropa, Qafqaz, Orta Asiya regionun 14 üzv-dövlətləri cəlb edilib. ER-da “TRASEKA” Milli Komitəsinin sədri Vahan Martirosyandır.

Daha çox göstər
Back to top button