Təhlil

Azərbaycan xalqı ölkəni idarəetmə sistemi kimi demokratiyadan məyus olub

Martın 21-də Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident, yəni özündən sonra ikinci dövlət məmuru təyin etməsinin bir ayı tamam oldu. Bu haqda Turan Analitika Xidməti məlumat yayıb.

Qeyd edilir ki, İ.Əliyevin həyat yoldaşının vitse-prezident təyin edilməsi haqqında fərmanı Azərbaycan məmurların yaxın qohumlarını tabeliklərində olan vəzifələrə təyin etməsini qadağan edən (7.1-ci maddə) “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununu pozur.

Amma prezidentə kim göstəriş verə bilər? Cəmi bir gün sonra Azərbaycan daxili işlər naziri də ondan nümunə götürərək, böyük oğlunu DİN idarələrindən birinin rəisi vəzifəsinə təyin edib.

Politoloq Zərdüşt Əlizadə M.Əliyevanın vitse-prezident təyin edilməsinin səbəblərini təhlil edərkən azərbaycanlıları “müşahidəçi millət” adlandırıb. Amma elə bu “müşahidəçilər” 1990-cı il yanvarın 19-da əliyalın sovet tanklarının qarşısına çıxaraq, Bakıda barrikadalar qurublar. Onlar 90-cı illərin əvvəllərində ard-arda üç prezidenti və Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibini qovublar. 25 illik müstəqillik ərzində Azərbaycanlılara nə olub?

Rus qüvvələrindən əlavə müdafiə kimi Azərbaycanın hakim komandasına ən etibarlı şəxslərin (Qafqaz kişisi ən dəyərli varlığını böyük arvadından başqa kimə etibar edər ki?) cəlb edilməsi Azərbaycanın dövlət müstəqilliyinin qeydinə qalmaq kimi qələmə verilir.

Azərbaycan xalqı ölkəni idarəetmə sistemi kimi demokratiyadan və demokratik dəyərlərin mütləq ədalətliliyi ideyasından məyus olub. Azərbaycanda əmindirlər ki, Avropa və Amerika demokratiya adı altında xristian həmrəyliyini rəhbər tutur.

Azərbaycan inqilabçıları, eyni zamanda Əliyev klanının əleyhdarları, hadisələrin ərəb ssenarisi üzrə acınacaqlı inkişaf variantlarını müzakirə etməyə bilmirlər, özü də Azərbaycanda azad seçkilər olarsa, siyasi İslamçı qüvvələrin seçilməsi tamamilə mümkündür. Bu amillər demokratların qarşısını alır və totalitar idarəetmə tərəfdarlarının əlinə əlavə üstünlüklər verır.

Daha çox göstər
Back to top button