BaşlıcaSiyasət

Erməni-rus birləşmiş hərbi bölmələri hərbi təlim keçirib

Silahlı qüvvələrinin 2017-ci il hazırlıq planına əsasən martın 21-dən 25-ə kimi ER və RF SQ qoşunlarının (qüvvələri) birləşmiş bölmələrinin növbəti hərbi təlimləri keçirilib. Bu haqda ER MN saytı məlumatlandırıb.

Hərbi təlimin senarisinə əsasən sərhədyanı rayonlarda şərti olaraq rəqib qüvvələri toplanır.Məqsədisə ER sərhəddini yarmaqdır. Birləşmiş qoşun bölmələrində tədbiq olunan bütün qoşun bölmələri yüksək dərəcəli hərbi hazırlığa gətirilir.

Öncə təstiqlənmiş müdafiə əməliyyatlarının planını həyata keçirmək barədə sərəncam verirlir.

Ona paralel olaraq dövlət sərhədinin müdafiəsi bölgüsünü erməni tərəfinə vermək prosessi həyata keçirilir.

ER-da yerləşdirilən RF 102-ci hərbi bazayla birlikdə əməliyyatlar keçirilməsi planıyla öncə nəzərdə tutulan tədbirlər keçirilir.

“ER və RF SQ qoşunları(qüvvələri) birləşmiş qruplaşmanın müdafiə əməliyyatına hazırlıq” mövzusuyla keçirilən təlimlərin məqsədi idarəedici nöqtələrin iş qruplarını uyğunlaşmasını təkmilləşdirmək, birləşmiş hərbi bölmələrin əməliyyatlarını hazırlamaq və inkişaf etdirməklə bərabər eyni zamanda onların qabiliyyətlərini daha da genişləndirməkdir.

Hərbi təlimlərdə tədbiq olunan vəzifəli şəxslər yerindəcə nəzərdə turulan tədbirlərin keçirilməsi rayonları dəqiqləşdirmiş və onların keçirilməsi vaxtını müəyyən etmişlər.

“ER və RF SQ qoşunları(qüvvələri) birləşmiş qruplaşmanın komandiri, general-mayor Andranik Makaryan irəli sürülən məsələlərin yerinə yetirilməsi, Birləşmiş qoşun bölmələri əməliyyatlarının planıyla nəzərdə tutulan tədbirlərin uyğunlaşdırmasına dair bəzi tapşırıqlar verib.

Daha çox göstər
Back to top button