Siyasət
Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrlərini qəbul edib

Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan martın 27-də ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Riçard Hoqland və ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Bu haqda ER Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimayyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Həmsədrlər Bakıda keçirilmiş görüşlərini təqdim ediblər.
Qarabağ məsələsinin nizamlanma prosesini irəli sürmək üçün atılan addımları müzakirə olunaraq, Vyana və Sankt-Peterburqda keçirilmiş zirvələrdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zərurətliyi də qeyd edilib.