
Sülhün və sabitliyin möhkəmləşdirilməsi üçün Azərbaycan əvvəlcə Artsax xalqının müxtariyyət hüququnun tamamilə yerinə yetirilməsini qəbul etməlidir. Bu hakda KTMT parlament zirvəsi iclasında çıxış edərək, ER Parlament sədrinin müavini Eduard Şarmazanov deyib.
“KTMT parlament zirvəsi ərzində ER dövlət sərhədində Azərbaycan 1994-cü ildəki atəşkəsi, eyni zamanda Vyennada və Sank Peterburqda əldə edilmiş razılaşmaları pozaraq, silahlı macəra törətdi. Bu cür davranış qəbul edilə bilməz. Parlament nümayəndə heyətimiz KTMT məsuliyyət zonasında, xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı münaqişələrin yalnız sülh yoluyla çözülməsi lehinə fəaliyyət göstərir. Regionda sabitliyin təmin edilməsi üçün əlimizdən gələni etməliyik. Amma sülhün və sabitliyin möhkəmləşdirilməsi üçün Azərbaycan əvvəlcə Artsax xalqının müxtariyyət hüququnun tamamilə yerinə yetirilməsini qəbul etməlidir”,-deyərək Şarmazanov bəyan edib.