
Ermənistan Respublikasına martın 27-də səfər etmiş ABŞ-ın Avropa komandanlığının planlaşdırma və siyasətçilik direktoriyatının müdir müavini, briqada generalı Daune Deskinsin başçılıq etdiyi nümayəndəliyin səfəri çərçivəsində, briqada generalı Deskinsin ER Müdafiə nazirliyinin müdafiə siyasətçiliyi üzrə idarə rəisi Levon Ayvazyanın , ER SQ baş qərargahı üzrə strateji planlaşdırma idarəsinin rəisi general-mayor Genadi Tavaratyanın və MN İnsan haqları və əxlaqı mərkəzi üzrə rəisi, podpolkovnik Alik Avetisyanla görüşləri keçirilib.
ER MN informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüş erməni-amerikan müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramlara müdafiə reformlarına, müdafiə strateqiyasını yenidən nəzərdən keçirilməsinə, müdafiə sahəsində dirçəlişin möhkəmləndirilməsinə dair və hər iki tərəfi maraqlandıran digər məsələlər də daxil olunmaqla müzakirə olunub.
Martın 28-də briqada generalı D. Deskinsin başçılıq etdiyi nümayəndəliyin, ER MN sülhməramlı mühəndislik batalyonuna gedişi nəzərdə tutulub.
Oraya getməkdə məqsəd, Amerika səlahiyyətlilərinin yardımıyla həyata keçirilən əldəqayırma partlayıcı qurğuları aşkar edərək zərərsizləşdirmək üçün dərinləşdirilmiş dərsliklərə tanış olmaqdan ibarətdir.