Berdimuhamedov: Türkmənistan Ermənistanla münasibətlərin inkişafında maraqlıdır

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov rəsmi səfəri ilə Türkmənistana gedən ER Baş naziri Karen Karapetyanı qəbul edib. Qurbanqulu Berdimuhamedov vurğulayıb ki, Türkmənistan Ermənistan ilə müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafına və gücləndirilməsinə yönəlmiş qarşılıqlı gəlirli layihələr və proqramların həyata keçirilməsinə böyük əhəmiyyət verir.
“Xalqlarımızın tarixi isti əlaqələri var. Əminəm ki, rəsmi səfəriniz iqtisadi müxtəlif sahələrdə (energetika, nəqliyyat, kənd təsərrüfatı, maşınqayırma sənayesində) qardaş münasibətlərimizin gələcək inkişafına töhvə verəcəklər. Əməkdaşlıq üçün böyük potensiyalımız var və Sizin təkliflərinizi və fikirlərinizi müzakirə etməyə hazırıq”,-deyə Türkmənistan Prezidenti bildirib.
Karen Karapetyan Ermənistan-Türkmənistan ikitərəfli əlaəqələrini yüksək qiymətləndirərək qeyd etdi ki, “səfərin məqsədi iqtisadi əməkdaşlığn müxtəlif məsələlərinin və layihələrin müzakirə olunmasıdır. Bu layihələr iqtisadi əməkdaşlığı daha da gücləndirəcəklər və mövcud potensialından istifadə edərək icarət dövriyyəsinin həcmini artırmağa da imkan verəcəklər”,-deyə ER Baş nazir əlavə edib ki, iki xalqın dostluğu Ermənistan və Türkmənistan əməkdaşlığın gələcək inkişafı üçün yaxşı təməldir.
Qurbanqulu Berdimuhamedov iki ölkə arasında müzakirə olunan qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dəstək verdiyini bildirib. Tərəflər müzakirələri aprel ayında Yerevanda davam edəcəklər.