
ABŞ öz mövqeiyini DQ münaqişəsinin nizamlanması məsələsində dəyişməyib/
Martın 27-də Yerevanda jurnalistlərlə görüşərkən bu haqda ATƏT MQ amerikalı həmsədri vəzifəsində müvəqqəti icraedici Riçard Hoqland bəyan edib.
“Bəli bizim Vaşinqtonda yeni idarə heyətimiz var.Lakin inandırıram ki, biizm siyasətçiliyimiz dəyişməz qalır.Biz Mİnsk qrupu həmsədrlərinin nizamlanma formatına sadiq qalırıq.
Bütün tərəflər ilə işləməyə hazırıq ki, sülhlə həll tapaq”-deyərək Hoqland qeyd edib.
O, əlavə etdi ki, fransalı və rus həmsədrləriylə olduqca sıx işləyir. Biz birlikdə əyləşir, bütün məsələlər və xırdalıqlar barədə söhbət edirik.
Bizim araçızda kəskin ziddiyyətlər yoxdur. Eynisini bizim hakimiyyətlər arasında olmasını vurğulamaq olar.
Hətta bəzi məsələlərdə bizim ölkələrimiz ziddiyyətli olsalar da, bu o məsələdir ki, onun ətrafında çalşmaq mümkündür”-deyərək Hoqland yekunlaşdırdı.