Beynəlxalq

Minsk qrupunun həmsədrləri Qarabağda nə baş verdiyini çox yaxşı anlayırlar

Minsk qrupunun həmsədrləri Qarabağda nə baş verdiyini çox yaxşı anlayırlar.

Bu haqda martın 27-də Yerevanda jurnalistlərə müsahibəsində ATƏT Minsk Qrupunun  amerikalı həmsədri Riçard Hogland bildirdi.

“ Siz qeyd edirsiniz ki, biz bəyanatlarımızı hədəfli şəkildə səsləndirmirik. Biz Qarabağda nə baş verdiğini çox yaxşı bilirik, lakin beynəlxalq vasitəçilər olaraq tərəflərdən birini   üzməmək üçün məsafə saxlamalıyıq, çünki bu halda vasitəçiliyin həyata keçirilməsi imkanları pozula bilər”- deyə o qeyd etdi.

O, aləvə etdi ki, vasitəçilər ictimai çıxışlarında həmişə  diqətli olmalıdır. Hogland bildirdi ki, bəyanatlarda  tərəflərdən birini hədəflənməsi , o tərəfinin Minsk qrupunun həmsədrliyinə  güvənməməsinə və Minsk qrupunun  vasitəçiliyi ilə danışıqlar masasına əyləşməsinə  səbəb ola bilər.

Daha çox göstər
Back to top button