BaşlıcaSiyasət

Artsax Prezidenti ATƏT MQ həmsədrlərini qəbul edib

Artsax Respublikasının Prezidenti Bako Sahakyan martın 28-də ATƏY MQ həmsədrlərini, ATƏT fəaliyətdəki sədrin şəxsi təmsilçisi və onu müşaiyyət edən şəxsləri qəbul edib. Artsax Respublikası Prezidentinin iş heyəti üzrə baş informasiya idarəsindən verilən məlumata görə, görüşün əvvəlində Prezident Sahakyan fransalı və amerikalı yeni təyin olunmuş həmsədrlər Stefan Viskontini və Rişard Hoqlandı məsuliyyətli vəzifələrə təyin olunmaları münasibətiylə öz missiyalarında nailiyyətlər diləmişdir.

Görüşdə Azərbaycan və Qarabağ münaqişəsinin nizamlanmasına və son inkişaflara dair məsələlər müzakirə olunmuşdur.

Prezident Sahakyan qeyd edib ki, Azərbaycan atəşkəs rejimini pozaraq və ermənilərə nifrətçilik siyasətindən imtina etməyərək öz dezkonstruktiv mövqeinə sadiq qalmaqdadır.

Ölkə rəhbəri atəşkəs rejiminin qorunmasını mühüm sayaraq və pozuntuları araşdırılmasına istiqamətlənmiş mexanizmlərin aşılanmasını önəmli hesab etməklə onu dinc prosessin tərkib hissələrindən biri saymışdır.

Artsax Respublikasının Prezidenti ATƏT Minsk qrupu çərçivələrində Azərbaycan və Qarabağ münaqişəsinin sülhlə nizamlanması məsələsində rəsmi Stepanakertin sədaqətliyini bir daha təstiq edib.

Daha çox göstər
Back to top button