Ekonomika

Qubad İbadoğlu: “Qiymət artımı sürətlənəcək”

Bu ilin ilk 2 ayında manatln məzənnəsində “sabitlik” müşahidə olunsa da, bu, qiymətlərin artımını dayandırmayıb, deyə İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.

İqtisadçı «Facebook» səhifəsində yazıb ki, burda mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarları (elektirk və qazın bahalanması – müəll.) mühüm rol oynayıb.

«Amma eyni zamanda bahalaşmanı yaradan ənənəvi faktorlar istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında ciddi rol oynayır. Belə ki, bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan “Azərsun” şirkəti müxtəlif porsiyalarla ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb”, deyə Q.İbadoğlu bildirib.

Ekspert qeyd edib ki, ilin başlanğıcında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər və şəkər idxalı 35,3 faiz, buğda – 3,4 dəfə, təzə meyvə – 60,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, mal əti – 58,6 faiz, təzə tərəvəz – 25,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə artıb.
“Bu isə onu deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam etməkdədir”, deyə o qeyd edib.

Q.İbadoğlu qeyd edib ki, milli iqtisadiyyatln qeyri-neft sektoru yenə də adı çəkilən məhsul növləri daxili istehlak tələbatını yerli məhsullarla ödəmək qabliyyətində deyildir. Odur ki, həmin məhsullar üzrə özünü təminetmə barədə səsləndirilən fikirlər, o cümlədən də ötən il kənd təsərrüfatı məhsullarının istehsalını artımı barədə rəsmi statistik informasiyalar şübhə doğurur.

«Fikrimizcə, mart və aprel aylarında qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək, Qiymətlər üzərində ststistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində gözlənilir», deyə o bildirib.

Daha çox göstər
Back to top button